Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

23 oktyabr 2019 | 16:00

    23 oktyabr 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Mərdəkan  qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib. "Günəşli" sanatoriyasında keçirilən görüşdə əsasən qəsəbənin Ramin Qasımov və Əncirli küçələrinin sakinləri iştirak ediblər.
      Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
   Görüşü rayon İcra Hakimiyyətinin başçısı açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən rayon sakinlərini fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
    Qəbulda iştirak edən sakinlər qəsəbədaxili yolların asfaltlanması, içməli su, küçə işıqları və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
   Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
    RİH başçısı Elşən Salahov qəbuldan sonra Mərdəkan qəsəbəsində yaşayan bir qrup ağsaqqallarla görüşüb, önları dinləyib.
   Qəbulda iştirak edən sakinlər rayonda görülən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər