Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Buzovna qəsəbəsində su xətlərinin çəkilişi işlərinin vəziyyəti ilə tanış olmaq üçün qəsəbənin Albalılıq yaşayış massivində olub

18 oktyabr 2019 | 16:00

     "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
      Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Buzovna qəsəbəsi, Albabılıq yaşayış massivində yerləşən yataqxana binalarında yaşayan sakinlərin içməli su ilə təmin edilməsi məqsədilə yeni layihələrin icrasına başlanılıb.
Plana əsasən qəsəbənin A.Rəhimov və N.Əliyev küçələrində 5000 p/metr-lik layihə üzrə su xətlərinin çəkilişi işlərinə start verilmişdir. Layihənin böyük bir qismi həyata keçirilməklə 1400 p/metr su xətti çəkilmiş və 77 ev birləşməsi verilmişdir. Hazırda işlər davam etdirilməkdədir.
     Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov su xətlərinin çəkilişi işlərinin vəziyyəti ilə tanış olmaq üçün Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində olub. RİH başçısı həmçinin qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib və qəsəbənin digər problemləri ilə maraqlanıb.
Sakinlər son illər respublikamızda, eləcə də Xəzər rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər