Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Şağan qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
16 oktyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Səyyar görüşdə Azərbaycan Republikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev, eyni zamanda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak, Şağan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
Qəbulda iştirak edən sakinlər qəsəbədə fəaliyyət göstərən 212 nömrəli uşaq bağçasının təmir olunması, küçə işıqları, Kapital Banka məxsus bankomatın quraşdırılması və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Azərbaycan Republikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev çıxış edərək ölkə rəhbərinin tapşırığına uyğun olaraq RİH başçıları tərəfindən mütəmadi olaraq yerlərdə səyar-qəbulların keçirildiyini vurğulayıb və belə görüşlərin təşkilində əsas məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi olduğunu diqqətə çatdırıb. Həmçinin görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini bildirib.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.