Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib

15 oktyabr 2019 | 16:00

    15 oktyabr 2019-cu il tarixində Xəzər rayonunda Mərkəzi Seçki Komissiyası və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib.
    Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev, Komissiyanın məsul işçisi Ülviyyə Yusifova, Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Pirallah Rayon İcra hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Xəzər rayon Məhkəməsinin hakimi Sabit Bəhramzadə,13 saylı Xəzər-Pirallahı seçki dairəsinin sədri Mütəllim balaqardaşov ,14 saylı Xəzər Seçki dairəsinin sədri İmran Qəmbərov və məntəqə seçki komissiyalarının sədrləri və katibləri iştirak ediblər.
    Seminarın birinci günündə "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq  və vəzifələri", "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması  və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu  və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları,aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri" və "Seçici siyahıları ilə iş qaydası" mövzularında məruzələr edilib.
     Seminar öz işini oktyabrın 16 və 17-də də davam etdirəcək.

 

 

Keçidlər