Şriftin ölçüsü :

Saytın rəngi :

“18 Oktyabr – Müstəqillik Günü”nə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intelektual oyunu keçirilmişdir

14 oktyabr 2019 | 16:00

     14 oktyabr 2019-cu il tarixdə Xəzər rayon Gənclər Evində Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin təşkilatçılığı ilə Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, şagirdlərin intellektual və mədəni səviyyələrinin inkişaf etdirilməsi məqəsədi ilə eləcə də , “18 Oktyabr – Müstəqillik Günü”nə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intelektual oyunu keçirilmişdir. Yarışda I yeri - 121 nömrəli tam orta məktəb, II yeri – 234 nömrəli tam orta məktəb, III yeri – 322 nömrəli tam orta məktəb, IV yeri isə (fərqlənmə) 241 nömrəli tam orta məktəb tutmuşdur. İntellektual oyunda I və II yeri tutan komandalar Bakı şəhər mərhələsinə vəsiqə qazanmışlar. Yarışda Xəzər rayonunun 23 tam orta məktəbindən 115 şagiridin iştirakı təmin olunmuşdur.

Keçidlər