Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon Gənclər Evində Xəzər Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evi və 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə " Sosial şəbəkəsiz sosiallaşaq" adlı təlim keçirilmişdir.

11 oktyabr 2019 | 16:00

    11 oktyabr 2019-cu il tarixdə Xəzər rayon Gənclər Evində Xəzər Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evi və 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə " Sosial şəbəkəsiz sosiallaşaq" adlı təlim keçirilmişdir.
   2 hissədən ibarət olan təlim 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Əfsanə Əzizovanın şagirdlərinin sosial şəbəkənin mənfi cəhətlərini əhatə edən rəsm sərgisi ilə başlamış və    Xəzər rayonunun tam orta məktəblərinin psixoloq və valideynlər üçün nəzərdə tutulmuş psixoloji təlimi ilə davam etmişdir. Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşı Çərkəz Tanrıverdiyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, 156 saylı tam orta məktəbin psixoloqu    Aygün Manıyeva sosoial şəbəkələrdən doğru istiqamətə istifadə edilməməsinin fəsadlarından danışmış və bu problemin getdikcə daha da aktuallaşdığını vurğulamışlar. Eləcə də çıxış edən natiqlər bu problemin həlli yollarından danışaraq valideynlərin, məktəb müəllimlərinin və psixoloqlarının bu məsələdə birgə fəaliyyətini xüsusi qeyd etmişlər. Qərara alınmışdır ki, bu səpkidə olan tədbirlər daha geniş miqyasda və mütəmadi keçirilsin. Sonda tədbir iştirakçıları " Sosial şəbəkəsiz sosillaşaq" təlimi ilə bağlı sorğuda iştirak etmişlər.

 

Keçidlər