Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsində növbəti səyyar qəbul -görüşü keçirilib

09 oktyabr 2019 | 16:00

           09 oktyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

    Səyyar görüşdə  Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, Qala qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
      Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
     Qəbulda iştirak edən sakinlər qəsəbədaxili yolların asfaltlanması, içməli su və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
      RİH başçısı Elşən Salahov qəbuldan sonra Qala qəsəbəsində yaşayan bir qrup ağsaqqallarla, Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə görüşüb, önların problemlərin dinləyib və dövlət başçısı tərəfindən müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərilən qayğıdan söz açılıb.
      Çay süfrəsi arxasında keçən səmimi görüşdə çıxş edənlər Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər