Şriftin ölçüsü :

Saytın rəngi :

Binə qəsəbəsində əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir

07 oktyabr 2019 | 16:00

    "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq rayonun Binə qəsəbəsində yeni  layihələrin icrasına başlanılıb.

    Belə ki, plana əsasən sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə qəsəbənin Vaqif küçəsində 2000 p/metr-lik layihə üzrə su xətlərinin çəkilişi işlərinə start verilmişdir.

    Layihənin böyük bir qismi həyata keçirilməklə 1800 p/metr su xətti çəkilmiş və 95 ev birləşməsi verilmişdir. İşlər davam etdirilməkdədir.

Keçidlər