Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub

04 oktyabr 2019 | 16:00

   04 oktyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Zirə Mədəniyyət Evində “EKO Parkda” 5 oktyabr - Beynəlxalq müəllimlər günü” ilə bağlı tədbir keçirilib.

   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Xəzər RİH başçısının müavinləri, Aparatın İctima-siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşları, rayon təhsil müəssisələrinin rəhbərləri və təhsil sayəsində nailiyyətlər əldə etmiş rayonun qabaqcıl müəllimləri iştirak ediblər.   
    Tədbirdə Xəzər RİH-nin başçısı Elşən Salahov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb. Rayon rəhbəri həmçinin bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən məktəblərin əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
    Tədbirdə Millət Vəkili Rauf Əliyev, YAP-nın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, TİAHİ-nın sədri Həzərxan Əbilov, 149 nönrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd ediblər.
    Sonda pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “Beynəlxalq müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi Xəzər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.
      Tədbir bədii hissə ilə davam etdirilmişdir.
 

 

Keçidlər