Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd olunub

01 oktyabr 2019 | 16:00

          Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq 01 oktyabr 2019-cu il tarixində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət evində tədbir keçirilib.

     Tədbirdə Millət Vəkili Rauf Əliyev, Xəzər RİH başçısının müavini Vüqar Novruzov, Xəzər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, İran İslam Respublikasının, Rusiya Respublikasının və Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliklərinin Mədəniyyət Mərkəzlərinin nümayəndələri, Qəsəbənin axundu Hacı Soltan Əlizadə, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, RİH başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə ahılları iştirak ediblər.
       Tədbirdə iştirak edən qonaqlar çıxış edərək BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar gününün qeyd olunduğunu, Ümummilli lideri Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərildiyini, bunun nəticəsi kimi, hələ 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar günü yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparıldığını vurğulayıblar.
       Natiqlər həmçinin bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.
       Daha sonra tədbirdə iştirak edən ahıllara ərzaq bağlamaları verilib.
    Tədbirdə çıxış edən ahıl Namiq Şıxəliyev Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını ifadə edib.
    Bundan əlavə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun digər qəsəbələrində də tənha ahılların evlərinə ziyarətlər təşkil olunub və tənha ahıllara sovqatlar təqdim olunub.

 

 

 

 

 

 

Keçidlər