Xəzər rayonunun Qala qəsəbəsində məşkunlaşan Kəlbəcər sakinləri ilə görüş keçirildi
19 sentyabr 2019-cu il tarixində Qala qəsəbəsinin Xaşa-xuna adlanan,əsasən Kəlbəcər rayonundan olan məcbri köçkün ailələrinin məskunlaşdığı YYS-də yaşayan sakinlərlə görüş keçirilib.
Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov,Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri,RİH Başçısı Aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və yerli sakinlər iştirak ediblər.
Görüşdə sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.