Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsində “Beynəlxalq Sülh Günü” münasibətilə konfrans keçirilmişdir.

13 sentyabr 2019 | 16:00

   13 sentyabr 2019-cu il tarixində 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsində “Beynəlxalq Sülh Günü” münasibətilə konfrans keçirilmişdir. Konfransda Ombudsman aparatının sektor müdiri Mahmudov Müqabil, Sosial Hüquqlarının Araşdırılması İctimai Birliyinin sədri Əliyev Mayis, RİH Aparatının əməkdaşları, 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsinin direktoru Məlikova Sevinc və müəssisənin əməkdaşları iştirak etmişdir. Mövzu ətrafında çıxışlar zamanı qeyd edilmişdir ki, Sülh - həyat, sağlam nəsillər, ayrı-ayrı ölkələrdə davamlı inkişaf, qarşılıqlı əməkdaşlıq,  bəşəriyyətin dayanıqlı inkişafı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi sülh və təhlükəsizliyin təmin edilməsi deməkdir. Davamlı inkişafa yönəlmiş yol məhz sülh, ədalət, tolerantlıq, qanunun aliliyindən və insan hüquqlarından keçir. Azərbaycan Ombudsmanı fəaliyyətində sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirir, müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da genişləndirir. Konfransda mövzu haqqında geniş müzakirələr aparılmış və maarifləndirici məlumatlar verilmişdir.

 

 

Keçidlər