Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon Gənclər Evində “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin fəalları ilə görüş keçirilmişdir.

12 sentyabr 2019 | 16:00

         12 sentyabr  2019-cu il tarixində Xəzər rayon Gənclər Evində “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin fəalları ilə görüş keçirilmişdir.Görüşdə  Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Xəzər rayon İcra Hakimiyyəti İctimai Siyasi və Humanitar Məsələlər üzrə şöbəsinin müdiri Gülbala Qurbanov, Xəzər  rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə, Boks üzrə dünya çempionu Fərhad Acalov, idarənin əməkdaşları və ictimai birliyin üzvləri iştirak etmişlər. Tədbir dövlət himninin ifa edilməsi ilə başladı. Sonra idarə rəisi Vüqar Əliyev  tədbir iştirakçılarını salamlayaraq, idarə tərəfindən gənclərlə iş və idman sahəsində, gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verdi.
           “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək İctimai Birliyin yaradılmasında əsas məqsədin idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin əlaqələndirilməsi, gələcəkdə keçiriləcək idman tədbirlərinin təşkili və keçirilməsi üçün vahid idman könüllüləri bazasının formalaşdırılması olduğunu nəzərə çatdırdı.
           Sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov  gənclərlə qazandığı nailiyyətləri, xarici ölkələrə olan səfərləri zamanı yaddaqalan maraqlı təəssüratlarını bölüşdü, onların suallarını cavablandırdı, ölkəmizdə idmana və idmançılara dövlət tərəfindən göstərilən dəstəyin əhəmiyyətini vurğuladı.
           İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov rayonumuzun son illər idman sahəsində əldə etdiyi nəaliyyətlər haqqında tədbir iştirakçılarına məlumat verdi,onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
          Tədbir Xəzər  rayon Gənclər və İdman İdarəsi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında gələcəkdə birgə əməkdaşlıq etmək üçün “Niyyət Sazişi”nin imzalanması ilə yekunlaşdı. Qeyd edək ki, əməkdaşlıq çərçivəsində “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin fəal üzvlərinin idarədə təcrübə keçməsi nəzərdə tutulmuşdur.

Keçidlər