Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Xəzər rayon Spartakiadasının bağlanış mərasimi" keçirilmişdir

08 may 2013 | 15:00

Xəzər rayon İcra Hakimiyyəti ,Xəzər rayon Gənclər və İdman idarəsi, YAP Xəzər rayon təşkilatı ilə birlikdə Xəzər rayonunda Bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi,sağlam həyat tərzinin formalaşdırılması,rayonda kütləvi sağlamlıq,bədən tərbiyəsi və idman tədbirləri ənənələrini qorunub saxlanılması və inkişaf etdirilməsi,istedadlı idmançıların aşkar edilməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə İdarə, müəssisə, təşkilatlar və bədən tərbiyəsi kollektivləri arasında 6 idman növü üzrə (Şahmat, Voleybol, Stolüstü tennis, Futbol,Güllə atıcılığı,Yunan – Roma güləşi ) keçirilən Spartakiadanın bağlanış mərasimi keçirilmişdir.
            Ümumilikdə Spartakiadada 6 idman növü üzrə 680 idmançı iştirak etmişdir.
            Bağlanış  mərasimindən öncə Spartakianın son növü  olan Futbol idman növünün Final oyunu keçirilmişdir. Final oyunundan  sonra Spartakiadanın bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısı Gülağa İslamov , Millət vəkili Rauf Əliyev , YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ,Xəzər rayon İnkişaf fondunun sədri İlqar Mustafayev  , Xəzər rayon idman həvəskarları iştirak etmişdilər.
               Bağlanış mərasimində 2300 nəfər iştirak etmişdir

Keçidlər