Şriftin ölçüsü :

Saytın rəngi :

Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qala qəsəbəsində əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində işlərə başlanılmışdır

12 sentyabr 2019 | 16:00

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin  içməli su təchizatının yaxşılaşdırılması  məqsədilə layihələrin icrasını davam etdirir.  Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Xəzər rayonunda yeni  layihələrin icrasına başlanılıb.Belə ki, plana əsasən Qala qəsəbəsində yaşayan sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə qəsəbənin Yeni sahə adlan ərazisində 22000 p/metr-lik layihə üzrə su xətlərinin çəkilişi işlərinə start verilmişdir. Layihənin müəyyən qismi həyata keçirilməklə 14500 p/metr su xətti çəkilmiş və 450 ev birləşməsi verilmişdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir.

 

 

Keçidlər