Xəzər rayonunda "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
27 avqust 2019-cu il tarixində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən Mərdəkan qəsəbəsində yerləşən “Heydər Cümə” məscidində Məhərrəmlik ayı ərəfəsində “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xəzər rayonunda yerləşən məscidlərin icma sədrləri və imamları, rayon ağsaqqalları, rayon ziyalıları, hüquq-mühafizə orqanlarının əməkdaşları və Xəzər RİH-nin məsul əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə Xəzər RİH-nin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov açıq elan edərək mövzu ətrafında geniş çıxış edib. Mövzu ətrafında maarifləndirici çıxışları ilə Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Bakı şöbəsinin müdiri Anar Kazımov, hüquq-mühafizə orqanlarının əməkdaşları Fuad Sadıqov və Elçin Hüseynov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, məscid imanları Həsən Rüstəmov, Vasif Hadiyev, Elman Həsənov, Arif Əliyev fikirlərini səsləndirərək tövsiyələrini bildiriblər.