Xəzər rayon məşğulluq mərkəzi tərəfindən özünüməşğulluq layihəsi çərçivəsində 2019-cu il üzrə ilk aktivlərin verilməsinə başlanılıb
Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən birini əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması təşkil edir. Dövlətimiz tərəfindən аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа və bununlа dа fəаl həyаt mövqеyinin fоrmаlаşmаsınа хüsusi diqqət yеtirilir. Azərbaycan Respublikasının Prezidentinin 07.04.2019-cu il tarixli 194 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Xəzər rayon məşğulluq mərkəzində 2019-cu il üçün kənd təssərrüfatı sahəsi qoyunçuluq üzrə kiçik ailə təssərrüfatının yaradılması üçün artıq 12 ailə aktivlərlə təmin olunmuşdur.
Layihədə iştirak edən işsiz şəxslər ilk olaraq 22.04.2019-cu il tarixdən təlimlərdə iştirak etmiş,biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnmişlər. Daha sonra qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən şəxslərin 23.08.2019-cu il tarixdə aktivlərlə təmin olunmasına start verilmişdir.
Aktivlərlə təmin olunmuş şəxslər ölkə başçısına təşəkkürlərini bildiriblər.
Növbədə olan 16 ailənin südçülük üzrə maldarlıq təssərrüfatının yaradılması üçün aktivlərin paylanması nəzərdə tutulmuşdur.