Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların məşğulluğu və sosial müdafiəsi ilə bağlı problemlərini yerində öyrənilməsi məqsədilə Zirə qəsəbəsində sakinlərlə görüş keçirilib

26 avqust 2019 | 16:00

     23 avqust 2019-cu tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xdmətinin Xəzər rayon Məşğulluq Mərkəzinin direktoru Elnur Əkbərovun, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlovun və rayonun Zirə bələdiyyəsinin sədri Anar Hüseynovun birgə iştirakı ilə Zirə qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd vətəndaşların məşğulluğu və sosial müdafiəsi ilə bağlı problemlərini yerində dinləmək və onlara lazımi köməklik göstərməkdən ibarət olmuşdur. Vətəndaşlarla görüş zamani o da qeyd edildi ki, Cənab Prezident İlham Əliyevin imzaladığı sosial paketlər 3 milyona yaxın vətəndaşı əhatə edib. Aparılan siyasət, atılan addımlar bütün sosial problemlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına ümid verir. 

 

 

 

Keçidlər