Müqəddəs Qurban Bayramı Xəzər rayonunda qeyd olundu
12 avqust 2019 | 16:00
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə qurbanlar kəsilib və rayonda Böyük Vətən müharibəsi iştirakçılarına, 20 Yanvar şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üzvlərinə, ağsaqqallara, imkansız və aztəminatlı ailələrə, ümumilikdə min beş yüz ailəyə qurban payı paylanılıb.
Bundan əlavə bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Mərdəkan və Qala qəsəbələrində çadır tipli kəsim məntəqələri yaradılaraq vətəndaşların ixtiyarına verildi. Çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər göstərildi.