Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirilib
9 avqust 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirilib.
“Xəzər günü” ərəfəsində keçirilən və yüzlərlə insanın qatıldığı aksiyada məqsəd təkcə dəniz sahilinin plastik və məişət tullantılarından təmizləmək deyil, həmdə insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırış, Xəzərin çirkləndirilməsinə etirazdır.
Aksiyada YAP üzvlərinin və nazirliyin əməkdaşları ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, belə bir kütləvi aksiyanın keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib.
Xatırladaq ki, 2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvesiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.