2019-cu ilin birinci yarımilliyi üzrə Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib
Avqustun 8-də Xəzər Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarımilliyi üzrə Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclası Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Elşən Salahov giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyul ayının 31-də Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini qeyd edib, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb.
Eyni zamanda çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayan Elşən Salahov ötən dövr ərzində Xəzər rayonunun sosial və iqtisadi həyatında baş verən pozitiv dəyişikliklərin bütün sahələrdə yüksəlişlə müşayiət olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Qurbanov 2019-cu ilin birinci yarımilliyi ərzində Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat məruzəsi ilə geniş çıxış edib.
Daha sonra hesabat məruzəsi ətrafında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Bakı Regional Qaz istismar Sahəsinin Xəzər rayon üzrə Texniki İstismar Xidmətinin rəisi Tofiq Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə Əlilləri üçün Pansionatının direktoru, baş həkimi Pərvanə Hacıyeva, “Türkan Aqro” MMC-nin baş direktoru Tahir İsgəndərov və YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Şura üzvlərindən Təvəkkül Səlimov, Sabir Abbasov və Gülbala Qurbanov çıxışlar ediblər.
Sonda Şura iclasının qərar layihəsi oxunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov yekun nitqi söyləyərək rayonda aparılan abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd etmiş və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, rayon üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını verib.