“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilmiş bir qrup şəxslərə medallar təqdim olunub
1 avqust 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 may 2019-cu il tarixli 1205 №-li Sərəncamına əsasən Xəzər rayonunun ictimai-siyasi həyatında fəal rol oynamış bir qrup şəxslərə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı” təqdim olunub.
Həmçinin, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə təltif olunan Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Tahirə Rzayevaya və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xidmətlərindən danışıb, onların varislərinin yubiley medalı ilə təltif edilməsinə görə ölkə başçısına kollektiv adından dərin minnətdarlığını bildirib.
Daha sonra Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxış edərək ölkə rəhbərliyinə öz dərin minnatdarlığını bildirmiş, Müstəqil Azərbaycan Respublikasının gələcək inkişafı üçün hər bir azərbaycanlının var gücü ilə çalışacağına inandığını bildirmişdir .