Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib
31 iyul 2019-cui il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Səyyar görüşdə Millət Vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
Qəbulda iştirak edən sakinlər məhəllədaxili yolların işıqlandırılması, içməli su və kanalizasiya, piyada keçidlərinin tikilməsi hündürmərtəbəli binarada liftlərin təmir olunması və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən Millət Vəkili Rauf Əliyev çıxış edərək, qəsəbə sakinlərini salamlayaraq səyyar görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini və bəzi məsələlərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildirib.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər