Xəzər rayonunda Yerli Ekspert Komissiyasının iclası keçirilmişdir
30 iyul 2019 | 16:00
Bakı şəhəri Xəzər rayonu ərazisində üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamış yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, torpaq sahəsinin ayrılmasına və yaşayış evinin tikintisinə dair rəsmi sənədlərin mövcudluğunun müəyyənləşdiriməsi, məlumatların toplanması və müvafiq tədbirlərin görülməsi məqsədilə Yerli Ekspert komissiyasının iclası keçirilmişdir .
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başıçısı cənab Elşən Salahov, Başçının I müavini, Yerli Ekspert komissiyasının üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonda fealiyyət göstərən idarə müəssisə təşkilatların rəhbərləri iştirak etmişdir .