Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Kənddən Şəhərə" devizi altında kənd məhsullarının satış yarmarkası təşkil olunmuşdur

27 iyul 2019 | 16:00


  Əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Kənddən Şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb.
   Satış yarmarkası rayonun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2, (köhnə avtovağzalda)  keçirilir. 
  Təşkil olunan yarmarkalarda azərbaycanlı fermerlər pulsuz iştirak edirlər. Həmçinin,“Kənddən Şəhərə” yarmarkalarına çıxarılacaq məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılıb.

 

 

Keçidlər