Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şüvəlan qəsəbəsində əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində işlərə başlanılmışdır

24 iyul 2019 | 16:00

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin  içməli su təchizatının yaxşılaşdırılması  məqsədilə layihələrin icrasını davam etdirir.  Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Xəzər rayonunda yeni  layihələrin icrasına başlanılıb.Belə ki, plana əsasən Azərsu ASC tərəfindən İlqar    Muradov küçəsi ilə Heydər Əliyev pr.-nin kəsişdiyi ərazidən başlayaraq Şüvəlan su quyuları kompleksinə qədər 2500-dən çox abonentin su təchizatının daha da yaxşılaşıdırılması məqsədilə 1612 p/metr d-400 mm-lik və 376 p/metr d-315 mm-lik olmaqla ümumilikdə 1982 p/m su xəttinin çəkilişi işlərinə başlanılıb və bu istiqamətdə işlər davam etdirilir .

Keçidlər