Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
19 iyul 2019-cu il tarixdə Zirə Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirildi.
Səyyar qəbul-görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüşü açıq elan edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində, xüsusilə Xəzər rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açdı.
Həmçinin, Zirə qəsəbəsində aparılan işlər barədə qəsəbə sakinlərinə məlumat verdi. Səyyar görüşdə iştirak edən Zirə qəsəbəsinin sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Qəsəbə sakinləri qəsəbədaxili küçələrin asfaltlanması, ışıqlandırılması, içməli su xətlərinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciətlər etdilər.
Sonda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.