Şriftin ölçüsü :

Saytın rəngi :

Maliyyə Bazarlarına Nəzarət Palatası və Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirilmişdir

25 iyun 2019 | 16:00

    25.06.2019-cu il tarixdə Şağan Mədəniyyət Mərkəzində Maliyyə Bazarlarına Nəzarət Palatası və Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirilmişdir.
   Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının məsul əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, rayon ərazisində fəaliyyət göstərən sığorta şirkətləri, idarə-müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.  
  Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı çıxış edərək  sığorta savadlılığının artırılması və əmlakın icbari sığortası üzrə məlumatlandırma işlərinin aparılması və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi barədə məlumat verdi
   Sonda əmlakın icbari sığortası olunması ilə bağlı maarifləndirici videoçarx nümayiş  olundu.

 

Keçidlər