Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon könüllülərinin Qala Dövlət Etnoqrafiq Qoruğuna ekskursiyası təşkil olundu

22 iyun 2019 | 16:00

22 iyun 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən RİH-də könüllü kimi çalışan gənclər üçün iş prosesindən əlavə, könüllülərin təcrübə müddətinin maraqlı keçməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə Xəzər rayonunda yerləşən Qala Dövlət Etnoqrafiq Qoruğuna ekskursiya təşkil olundu.
     Ekskursiya çərçivəsində könüllülər Azərbaycan tarixi və mədəniyyətinə canlı səyahət etdilər. Ekskursiya zamanı könüllülərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi.
      Bildirildi ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri-qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilmişdir.

Keçidlər