Xəzər rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirildi
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu gün respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edilir. Bir çox rayonlarda olduğu kimi, Xəzər rayonunda da "Son zəng" tədbirləri təmtəraqlı təşkil edildi.
14 iyun 2019-cu il tarixində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 234 saylı tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Təhsil İdarəsinin rəisi Rəşad Tağıyev, 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli, məktəbin pedoqoji kollektivi, valideyinlər, məzunlar və şagirdlər iştirak etdilər.
İlk olara tədbiri 234 nömrəli tam orta məktəbin direktoru, Könül Məmmədli açaraq məktəb kollektivinin uğurlarını qeyd etdi və Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Təhsil İdarəsinin rəisi Rəşad Tağıyev çıxış edərək müstəqil həyata qədəm qoyan məzunları və onların valideynilərini salamlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən danışıblar.
Sonda "Son zəng" tədbirində məktəbin 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışlar edən və məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Xəzər rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yaddaqalan bir günə çevrilib. Ənənəvi olaraq rayonun bütün orta məktəblərində keçirilən son zəng tədbirlərində təhkim olunmuş Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri ştirak ediblər.