Xəzər rayonunda “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirilib
14 iyun 2019 | 03:00
13 iyun 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev adına istirahət parkında “15 İyun - Milli Qurtuluş günü”nə həsr olunmuş konsert proqramı keçirilib.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, rayon sakinlərinin və qonaqların qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının və rəqs ifasında rəngarəng konsert proqramı təqdim edilib.
Gecəyədək davam edən konsert proqramı onu böyük coşqu və maraqla izləyən sakinlərdə zəngin təəssüratlar yaradıb.