Xəzər rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib
12 iyun 2019-cu il tarixində "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının inzibati binasında YAP Xəzər Rayon Təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər Rayon Təşkilatının ilk partiya təşkilatlarının sədrləri və idarə heyətinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və YAP Xəzər Rayon Təşkilatının sədr müavini Zeynəb Axundova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar, Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.