Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsinin Xaşa-xuna YYS-də yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirilib.

07 iyun 2019 | 16:00

     7 iyun 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsinin Xaşaxuna adlanan, əsasən Kəlbəcər rayonundan olan məcbri köçkün ailələrinin məskunlaşdığı YYS-də yaşayan sakinlərlə səyyar qəbul-görüşü  keçirilib.
    Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinləri,  rayon Polis İdarəsinin rəisi, RİH Başçısı Aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və yerli sakinlər iştirak ediblər.
      Xəzər RİH-nin başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Qala qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verdi.
     Daha sonra RİH başçısı hal-hazırda Qala qəsəbəsində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə sakinlərə məlumat verib və onların problemlərini dinləyib.
    Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
     Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

Keçidlər