1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Xəzər rayonunda qeyd edilib
31 may 2019 | 16:00
31 may 2019-cu il tarixində "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibetile Xəzər rayon Gənclər Evində gənc rəssam Nofəl Abbasquliyevin tələbələrinin iştirakı ilə " Içindəki uşağı tamamla" adlı sərgi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, RİH Başçısı Aparatının əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Gənclər Evinin direktoru Nərminə Rəhimova və gənc rəssamlar iştirak ediblər.
Tədbirdə balaca rəssamlar müxtəlif mövzularda bacarıqlarını nümayiş etdiriblər.
Sonda rəssamlar sertifikatlarla təltif olunublar.