Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayonda “Qiçs və Narkomaniyaya qarşı mübarizəyə səndə qoşul” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

31 may 2019 | 16:00

      31 may 2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında və 181 saylı tam orta məktəbdə “Qiçs və Narkomaniyaya qarşı mübarizəyə səndə qoşul”  mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
     Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar və dini məsələlərlə iş şöbəsinin əməkdaşı Könül Əfəndiyeva, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin  əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin əməkdaşı, 156 və 181 saylı tam orta məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir.
      Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar və dini məsələlərlə iş şöbəsinin əməkdaşı Könül Əfəndiyeva çıxış edərək Qiçs və Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
        Tədbirin sonunda  maarifləndirici video çarx nümayış olunmuşdur .

 

Keçidlər