Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda iftar süfrəsi təşkil olunub

27 may 2019 | 16:00

  27 may 2019-cu il tarixində hər il olduğu kimi, bu il də müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonu Şüvəlan qəsəbəsindəki "İmperial" şadlıq sarayında 400 nəfər üçün iftar süfrəsi təşkil olunub.
     Təşkil olunmuş iftar süfrəsində məclisi axund açaraq, bu ayın fəzilətlərindən, iftarın savablarından danışıb, dualar oxuyub. O, iftarın təşkilində əməyi keçən təşkilatın nümayəndələrinə, xüsusən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycan   Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya iştirakçılar adından minnətdarlığını bildirib və onlara cansağlığı, bol ruzi-bərəkət arzulayıb.
Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, RİH Başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, həmçinin, rayonun qəsəbələr üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, din adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısı xüsusi vurğulanıb, edilən dualarda Uca Yaradandan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulanıb.
    Ramazan ayında Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Zirə və Binə qəsəbələrində də imkansız ailələr, kimsəsizlər və ahıllar üçün iftar süfrələri təşkil olunub.

Keçidlər