Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 28 May-Respublika günü münasibəti ilə tədbir keçirilib

27 may 2019 | 16:00

     27 may 2019-cu il tarixində Xəzər rayonunun Mərdəkan Mədəniyyət sarayında 28 May Respublika Günü münasibəti ilə tədbir keçirilib.

     Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçının  müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
      Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşviq Əliyev çıxış edərək 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu, cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyətinin xalqımızın müsəlman Şərqində ilk demokratik respublika qurmaq əzmini nümayiş etdirdiyini vurğulayıblar.
     Həmçinin, dövlət müstəqilliyi daim möhkəmlənən Azərbaycanda uğurlu sosial inkişaf startegiyasından bəhs olunub. Aparılan sosial siyasətin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunduğu, sosial infrastruktur layihələrinin ildən-ilə geniş miqyas aldığı vurğulanıb.
     Sonra tədbir konsert proqramı ilə davam edib.
 

 

 

Keçidlər