Xəzər rayonunda 28 - May Respublika Günü münasibətilə "Cümhuriyyət 101" adlı tədbir keçirildi
24 may 2019 | 16:00
28 - May Respublika Günü münasibətilə 181 saylı tam orta məktəbdə "Cümhuriyyət 101" adlı tədbir keçirildi.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Elşən Qurbanov, İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə şöbə müdiri Gülbala Qurbanov, Xəzər Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev və digər qonaqlar iştirak etdilər. Həmçinin birgə layihədə artıq neçənci dəfədir ki, valideyn himayəsindən məhrum uşaqlar üçün 2№li internat-məktəbi ilə əməkdaşlıq edirik. Bu dəfə də tədbirimizin gözəl nömrələri içərisində bu məktəbin də şagirdlərinin hazırladığı nəfəs alətləri orkestrinin çıxışı və qızların rəqsi də yer aldı.