Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib

24 may 2019 | 16:00

    24 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.
      Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Xəzər Rayon Məşğulluq Mərkəzinin direktoru Elnur Əkbərov, Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin məsləhətçisi Nicat Rəhmanlı, Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Qurban Nəzirov, Bakı Məşğulluq İdarəsinin sektor müdiri Mübarək Kərimov və Xəzər RİH Başçısı Aparatının şöbə müdirləri iştirak ediblər.
     Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov giriş sözü ilə  açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü, yeni iş yerlərinin yaradıldığını bildirib.
     Tədbirdə çıxış edən  Xəzər Rayon Məşğulluq Mərkəzinin direktoru Elnur Əkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın hazırlandığını və həmin planın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.
      Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin məsləhətçisi Nicat Rəhmanlı, Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov və  Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Qurban Nəzirov çıxış edərək Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin yerli icra hakimiyyəti orqanları ilə sıx əlaqəli formada çalışdıqlarını, əlaqələndirmə komitəsinin fəaliyyəti, məşğulluqla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar və işəgötürənlə işədüzələn arasında bağlanan əmək müqavilələrinin əhəmiyyətindən, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən danışıblar.
      Sonda yığıncağın Qərar layihəsi oxunub.
      İclasda mövzu ilə bağlı fikir mübadiləsi aparılmaqla yanaşı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər