Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirildi

22 may 2019 | 16:00

      22 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
   Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçının  müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
     Xəzər RİH-nin başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Binə qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verdi.
     RİH başçısı Elşən Salahov hal-hazırda Binə qəsəbəsində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə sakinlərə məlumat verib və onların digər problemlərini dinləyib.
     Qəbulda iştirak edən sakinlər Binə qəsəbəsində “Abad Məhəllə” layihəsi çərçivəsində yeni istirahət parkının salınmasına, qəsəbənin əksər küçələrində aparılan asfaltlanmaya və hal-hazırda bəzi küçələrdə çəkilən içməli suya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
    Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər