Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirilib

14 may 2019 | 16:00

    14 may 2019-cu i tarixdə,Xəzər Rayon İcra Hakimiyyətinin akt zalında Təhsil Nazirliyi və Xəzər RİH-nin birgə təşkilatçılığı ilə rayonun təhsil işçıləri ilə görüş keçirilmişdir. Görüşdə Xəzər RİH-nin başçısı cənab Elşən  Salahov, Təhsil Nazirinin müavini cənab Firudin Qurbanov, RİH başçısının müavini Arif Balayev, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri G.Qurbanov, şöbənin əməkdaşı O. Məmmədzadə, rayon təhsil müəssisələrinin rəhbərləri, müavinləri və psixoloqları iştirak etmişlər. Tədbiri giriş sözü ilə RİH-nin başçısı E. Salahov açıq elan edərək sözü Firudin müəllimə vermişdir. Təhsil Nazirinin müavini cənab F. Qurbanov bugün təhsil müəssisələrindəki təlim-tərbiyə məsələləri, baş verən problemlər, görülən işlər və gələcəkdə nəzərdə tutulan planlar haqqında geniş məruzə etmişdir. 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 218 saylı tam orta məktəbin direktoru Əbülfət bağırov, 322 saylı tam orta məktəbin direktoru Mürvət Mirzəyev rayonun ən sıx şagird kontingenti olan təhsil müəssisələrinin rəhbərləri kimi bu vəziyyətin təhsilin səviyyəsinə, mövcud problemlərin çoxalmasına mənfi təsirindən danışmış, bu problemlərin aradan qaldırılması istiqamətində addımların atılması üçün təkliflərini irəli sürmüşlər. Sonda təhsil müəssisələrinin rəhbərləri ilə son dövrlərdə təhsil müəssisələrində baş verən hadisələrin aradan qaldırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların milli ruhda, dəyərlərimizə hörmətlə tərbiyə edilməsi üçün  görülməli olan işlər müzakirə edilmişdir.

Keçidlər