Xəzər rayonunda "9 May-Qələbə Günü" münasibətilə tədbir keçirilib
9 may 2019-cu il tarixində Xəzər rayonunun Şüvəlan qəsəbəsində 1941-1945 böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınmış parkda "9 May-Qələbə Günü" münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi Nasir Qurbanov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Şəhid Ailələri və Qarabağ Əlilləri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev,Müharibə Veteranları Şurasının sədri Nüsrət İbrahimov, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra bir dəqiqəlik sükütla 1941-1945-ci illər müharibəsində həlak olmuşların əziz xatirəsi yad edilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi Nasir Qurbanov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Şəhid Ailələri və Qarabağ Əlilləri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev, Müharibə Veteranları Şurasının sədri Nüsrət İbrahimov, çıxış edərək əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Daha sonra orta məktəb şagirdlərinin ifasında şeirlər səsləndirilib.
Tədbirin sonunda 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmuş və gül dəstələri düzülmüşdür .