Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsinin Qışlaq yaşayşı sahəsində yaşayan sakinlərlə səyyar qəbul -görüşü keçirilib
08 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Zirə qəsəbəsində yerləşən Qışlaq yaşayış sahəsininin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və Qışlaq yaşayış sahəsininin sakinləri iştirak ediblər.
Xəzər RİH-nin başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Zirə qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən,2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.
Sonra RİH başçısı Elşən Salahov hal-hazırda Qışlaq yaşayış sahəsində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə sakinlərə məlumat verib və onların digər problemlərini dinləyib.
Qəbulda iştirak edən sakinlər Qışlaq ərazisində yolun asfaltlanması, marşurut, tibb məntəqəsinin olmaması, poçt xidmətlərinin göstərilməsi üçün, poçt şöbəsinin açılması və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya, xüsusilə, uzun illərdi içməli suyun olmadığı Qışlaq yaşayış sahəsinə içməli suyun çəkilməsinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.