Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbiri keçirilib

07 may 2019 | 16:00

  7 may 2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının təşəbbüsü ilə Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında tədbir keçirilib.                                                                                                                Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev,YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri və xidmət sahələrinin rəhbərləri və rayon ictimaiəti iştirak ediblər.
      Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunan film nümayiş etdirildikdən sonra Ümummilli Liderin həyat və fəaliyyəti, onun təməlini qoyduğu və həyata keçirdiyi böyük layihələr haqqında danışılıb.

      Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirdi ki, Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə  sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Azərbaycanın iqtisadi, sosial inkişaf səviyyəsinə görə bölgədə liderlik adını qazanması, müasirləşməsi, yeniləşməsi, respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması ümummilli liderimiz Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin bariz nümunəsidir. Ulu Öndərin ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır.   

    Milli Məclisin deputatı Rauf Əliyev qeyd etdi ki, Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivləri ölməz siyasətçinin fədakarlığının nəticəsidir. Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissini daha da gücləndirmişdir.   

  Xəzər Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev bildirdi ki, taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmışdır. Ümummilli lider Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etmişdir. Ulu Öndər bugünkü güclü, qüdrətli Azərbaycanı yaratmış, ölkəmizin müstəqilliyini yaşatmış, inkişaf etdirmiş və bütün dünyaya tanıtdırmışdır. Ümummilli lider Heydər Əliyevin adı və şərəfli həyat yolu Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək və Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaqdır.      YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təməlini Ümummilli Liderin qoyduğu milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti sayəsində müstəqilliyi tam təmin olunan Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

     Tədbir Ulu Öndərin səsləndirdiyi “Azərbaycan” şeirinin sədaları ilə başa çatın..

 

Keçidlər