Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsində növbəti səyyar qəbul -görüşü keçirilib

30 aprel 2019 | 16:00

    30 aprel 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şüvəlan qəsəbəs sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
    Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Şüvəlan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
   RİH başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Şüvəlan  qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.
   Qəbulda iştirak edən sakinlər qəsəbənin Şimal DRES yaşayış massivində uşqlar üçün istirahəti parkının salınması, məhəllədaxili yolların asfaltlanması, məhəllələrin işıqlandırılması, içməli su və kanalizasiya, və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
     Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
   Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.

 

 

 

 

Keçidlər