Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum keçirib

25 aprel 2019 | 16:00

    25 aprel 2019-cu il tarixində Xəzər rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Xəzər RİH-nin birgə təşkilatçılığı ilə Xəzər rayonunda "sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum keçirib
     Keçirilən forumda Iqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Xəzər RİH başçısının birinci müavini Elşən Qurbanov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov və rayon üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri iştirak ediblər.
     İşgüzar forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək qeyd edib ki, indiyədək Bakı və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 milyon manat güzəştli kredit verilib. Respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 milyon manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit ayrılıb.

 

Keçidlər