Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsində növbəti səyyar görüşü keçirilmişdir
19 aprel 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Səyyar görüşdə Xəzər Rayon İcra hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Şağan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak etmişdirlər.
Görüşü Rayon Icra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulamışdır.
Qəbulda iştirak edən sakinlər qəsəbədə ki, problemlərlə bağlı RİH-nin başçısına müraciətlər etmişdirlər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.