Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun növbəti səyyar qəbul-görüşü keçirilib

12 aprel 2019 | 16:00

     12 aprelin 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
       Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
      Qəbulda iştirak edən sakinlər içməli su və kanalizasiya, piyada keçidlərinin tikilməsi və bəzi yerlərə piyada zolaqlarının çəkilməsi, qəsəbədaxili yolların asfaltlanması və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
      Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
      Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
      Səyyar görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bir qrup qəsəbə ağsaqqalları ilə ayrıca olaraq çay süfrəsi arxasında görüşərək, onların problemləri ilə maraqlanıb.

Keçidlər