Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2013-cu ilin I rübündə sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat konfransı keçirilmişdir.

22 aprel 2013 | 15:00

 

2013-cü il aprel ayının 25-də Xəzər rayon İcra Hakimiyyətində rayonun idarə-müəssisə rəhbərlərinin iştirakı ilə Xəzər rayonunda 2013-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat konfransı keçirilmişdir.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
Ötən dördə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı  196 milyon 254,4 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 99,7 % olmuşdur.
Nəqliyyat sektorunda 114 milyon 812,3 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə  müqayisədə  2 dəfə cox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 942,4 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7% cox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün  maliyyə mənbələri hesabına 133 milyon 628,1 min manat məbləğində investisiya cəlb edilmişdir ki,  bu da keçən ilin müvafiq dövrünə nisbətən 156,7 faiz olmuşdur. İstifadə edilmiş investisiyaların 36 milyon 658,6 min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 115 faiz atrmışdır.
İstehlak və xidmət bazarlarında əhaliyə 237 milyon 617 min manatlıq istehlak malları satılmış  və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  127 milyon 393,8 min  manata, pullu xidmətlərin  həcmi 104 milyon 223,2  min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 17,8 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən  ticarət təşkilatları, 0,3 fazi kənd təsərrüfatı bazarları, 81,9 faizi isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2012-cu illə müqayisədə 9,5 faizi çoxalaraq 220,1 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı 11,1 faiz artaraq  943,7 manat,  tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 104,8 faiz olaraq 1076,3 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 500 yeni iş yeri açılmışdır. Bunun 5-i yeni yaradılmış müəssisə və təşkilatlar, 43-u mövcud müəssisə və təşkilatlar, 452-i isə fiziki şəxslər   tərəfindən açılmışdır. Ümumiyyətlə son on il ərzində rayon ərazisində 14 min 47 yeni iş yerləri açılmışdır.
  Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
   Buzovna-Şagan-Mərdəkan-Şüvəlan və Qala-Pirallahi  magistral yollarının yenidənqurulması ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri qanuni tikililər sökülür. Hazırda da həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Fərmana müvafiq olaraq işlər davam etdirilir.
Hesabat dövrundə rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür. Rayon üzrə keçən dövrdə 12 min 124 kv.m yeni asfalt örtüyü salınmışdır.Hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılan  2 milyon vəsait hesabına rayonun Buzovna və Şüvəlan qəsəbələrində  küçələrin asfaltlaşdırılası işləri davam etdirilir.
Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2013-cü ilin 1-ci rübü ərzində 28 min 990 kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 9970 min ton içməli su daşınmışdır.Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 1350 ton cirkab maye daşınmışdır.
Qaz təchizatı ilə baglı hesabat dövründə rayonun Qaz İstismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində müvafiq işlər görülmüşdür. Rayonun 9 qəsəbəsində cari dövrdə 182115 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir
    Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 87,5 % , abonentlərin ödənişdə  iştirakı 76,9 faiz, abonentlərin saygaclaşması isə 96 faiz təşkil etmişdir.
      Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 6 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 50 ədəd cərəyan transformatoru və 3 ədəd güc transformatoru dəyişdirilmiş, 371 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub,  8880 metr naqil , 10 min 263 metr kabel  çəkilmişdir.
     Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 90,9 faiz, abonentlərin ödənişdə iştirakı 69% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
     Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə  müxtəlif ölçülü 289 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş, bunun da 102 paqon metri binaların zirzəmisində olan istismara tam yararsız vəziyyətdə olan su xətlərinin yenisi ilə əvəz edilməsinə sərf edilmişdir. Əhalini su təminatını yaxşılaşdırmaq məqsədilə 9 ədəd su quyusunun  nasosları  yenisi ilə əvəz edilmiş, 24 ədəd su quyusunda təmir işləri aparılmışdır.
Kanalizasiya xəttləri üzrə keçən dövrdə 7190 paqon metr kanalizasiya xətti , 366 ədəd baxış quyusu(lyuk), 23 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmiş, 139 paqon metr çürümüş hissələr yeni borularla əvəz edilərək dəyişdirilmişdir . Mərədəkan, Buzovna, Şüvəlan qəsəbələrində 3 ədəd yeni baxış quyusu quraşdırılmış, 7 ədəd quyu təmir olunaraq bərpa edilmiş, 1058 ədəd kanalizasiya xətlərində baş vermiş axıntının qarşısı alınmışdır.
Hesabat dövrüundə əhaliyə  82 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 153,5 min manat yıgım aparılaraq ödənişə 186,9 faiz nail olunmuş, abonentlərin ödənişdə iştirakı 45,6 faiz, saygaclaşma isə  36,6 faiz olmuşdur.
       Təhsil sahəsi üzrə  Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində  Buzovna qəsəbəsində 26, 125 və 206 saylı məktəblərin yeni korpusunun, Qala qəsəbəsində 185 saylı məktəbdə 840 yerlik yeni korpusun, Binə qəsəbəsində  121 saylı məktəbin 20 əlavə sinif otagının ,idman və akt zalının tikintisi davam etdirilir.  Buzovna qəsəbəsində 289 saylı uşaq bagçası sökülərək yeni 2 mərtəbəli binasının və 4 saylı uşaq incəsənət məktəbinin əlavə zalının tikintisi tamamlanmaq üzrədir. Hazırda Türkan qəsəbəsində yeni uşaq bagçasının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə həyata keçirilməsinə ötən dövrdə də xüsusi diqqət göstərilmiş, vətəndaşlara nümünəvi xidmət  məqsədilə tibb müəssisələrinin maddi texniki bazası xeyli genişləndirilmişdir.
  Səhiyyə sahəsi  üzrə  Mərdəkan qəsəbəsində 26 saylı Birləşmiş şəhər xəstəxanalarının və 35 saylı Uşaq Kardioloji sanatoriyasının əsaslı təmiri başa çatdırılmış , avadanlıq və inventarlarala təchiz olunaraq istifadəyə verilmişdir. Şüvəlan qəsəbəsində  36 saylı Pulmanoloji uşaq sanatoriyasının  binası sökülərək yeni korpusun tikintisinə başlanılmışdır.Hazırda Türkan qəsəbəsində 3 mərtəbəli Diaqnostika Mərkəzinin tikintisi davam etdirilir.
Mədəniyyət sahəsi üzrə Buzovna qəsəbəsində Mədəniyyət evi tamamilə təmirə yararsız oldugu üçün sökülərək yeni binanin tikintisinə başlanmış, 4 saylı Uşaq incəsənət məktəbinin akt zalının tikintisi  hazırda  davam etdirilir.
   Gənclər və İdman sahəsi üzrə hesabat dövründə  Dövlət Proqramına müvafiq olaraq Şüvəlan qəsəbəsində 3 mərtəbəli Gənclər Evinin tikintisi davam etdirilir.
      2013-cu ilin 1-ci rübündə Xəzər RİH Aparatına 725 ərizə, şikayət və müraciət və 504 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 725 ərizə və muraciətdən 220 ərizə musbət həll edilmiş, 1 ərizə əsassız sayılmış, 1 ərizə qismən həll edilmiş, 1 ərizə aidiyyatı üzrə göndərilmiş, 407 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 95 müraciət isə icraatdadır.
Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 26 nəfər vətəndaş olmuşdur. Maddi köməklik edilməsi ilə  əlaqədar  3 nəfər aztəminatlı vətəndaşa    maddi yardım göstərilmişdir.
2013-cü ilin 1-ci rübündə RİH Başçısı tərəfindən qəsəbələrdə 6 səyyar qəbul keçirilmiş, 406 nəfər iştirak etmiş və 21 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş  müraciətlərin  əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Keçidlər