Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir .

11 aprel 2019 | 16:00


       11 aprel 2019 cu il tarixdə, Mərdəkan Mədəniyyət Sarayının Lektoriya zalında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dayaq” Mentorluq proqramı çərçivəsində bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması mövzusunda təlim təşkil olunub keçirilmişdir. Təlimdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, komitənin əməkdaşları, Xəzər RİH Başçısının müavini Lalə Əhmədova, RİH-nin Başçısı aparatının nümayəndəsi Ofeliya Məmmədzadə, bələdiyyə sədrləri və bələdiyyəyə üzv olan qadınlar iştirak etmişlər. Təlimdə E. Səfərov qadınların ictimai həyatda iştirakını gücləndirmək və     Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək istiqamətində məruzə ilə çıxış etmiş, təlim iştirakçıları ilə qarşılıqlı müzakirələr aparılmış və tədbirin sonunda video rolik və slayd-şou göstərilmişdir.

 

Keçidlər